6 C
Baku
Wednesday, February 25, 2026

Azərbaycanda pestisid istehsalçısına əlavə maya qoyulub

Sumqayıt Kimya Sənayesi Parkının rezidenti “Agro-Tech Solutions” MMC-nin nizamnamə kapitalı 9 milyon 580.5 min manata qaldırılıb.

Banker.az xəbər verir ki, bununla da kapital 518 min manat və ya 5.4 faiz artırılıb.

Şirkətin nizamnamə kapitalı bundan öncə 9 milyon 62.5 min manat idi.

Xatırladaq ki, “Agro-Tech Solutions” MMC 2016-cı ildə təsis edilib. Fərqli bitki mühafizəsi məhsulları (pestisidlər) istehsal edir — o cümlədən insektisidlər, fungisidlər və herbisidlər daxil olmaqla ümumilikdə 145-dən çox kənd təsərrüfatı kimyəvi məhsulunun istehsalı ilə məşğuldur. Şirkət Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.

 

 

Son xəbərlər
Digər xəbərlər