İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu plastik məmulatların istehsalı layihəsinə 120 min manat güzəştli kredit ayırıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, bu kredit “Fuba Plastik” MMC-yə ayrılıb.