13 C
Baku
Sunday, October 20, 2024

Azərbaycanda plazalardan koronavirusa görə addımlar – Maskasız daxil olmaq qadağandır

Azərbaycanda son günlər bir neçə plaza artıq koronavirusla əlaqədar olaraq tədbirlər görməyə başlayıblar.

Banker.az-da daxil olan məlumata görə, “Demirçi Tower” və “Caspian Plaza”ya maskasız giriş mümkün deyil.

Məlumatda bildirilir ki, Pandemiya (Covid-19 virusu) ilə əlaqədar olaraq artıq 17.06.2020 tarixindən etibarən “Caspian Plaza” iş mərkəzinə olan bütün girişlər sadəcə tibbi maska ilə mümkündür. Həmçinin işçilər və ofisə gələn qonaqların bədən temperaturu da ölçülür.

Onu da qeyd edək ki, dünəndən etibarən eyni zamanda Demirçi Tower-e maskasız buraxmırlar.

Xatırladaq ki, Demirçi Tower 19.12.2011 tarixindən inşa edilməyə başlanılmış və 2013-ci ilin martından müştərilərin istifadəsinə verilmişdir. Caspian Plaza isə (Caspian İnvestment Company MMC) 10.02.2003 inşa edilməyə başlanılmışdır. Hər iki Mərkəzin fəaliyyət istiqaməti müasir üslubda dizayn edilmiş, geniş, rahat və yüksək standartlara cavab verən ofis( iş yerlərinin) icarəyə verilməsidir.

Son xəbərlər
Digər xəbərlər