13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda Poçt Daşıyıcıları Assosiasiyası yaradıla bilər

Azərbaycanda Poçt Daşıyıcıları Assosiasiyasının yaradılması istiqamətində işlər aparılsa da, bu sahədə bəzi problemlər mövcuddur.

Bunu “FedEx” şirkətini Azərbaycanda təmsil edən “Azeri Express” şirkətinin icraçı direktoru Şaiq Qəribzadə deyib.

Onun sözlərinə görə, Assosiasiyanın yaradılması təşəbbüsü dünyanın ən böyük poçt şirkətlərinin nümayəndələri (DHL, FeDEX, UPS və s.) tərəfindən irəli sürülüb.
“Assosiasiya yaradıldığı təqdirdə onun sıralarına digər karqo şirkətləri də qatıla biləcəklər. Təəssüflər olsun ki, biz hələ ki, Assosiasiyanın yaradılmasına dair Ədliyyə Nazirliyindən cavab almamışıq. Onu da qeyd edim ki, bizə bu istiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi eləcədə İqtisadiyyat Nazirliyi dəstək olur. Ümid edirik ki, Ədliyyə Nazirliyi tərəfindən cavab ala biləcəyik”, – deyə Şaiq Qəribzadə qeyd edib.

Şirkətinin icraçı direktoru əlavə edib ki, Azərbaycan bazarında bu gün 150-yə yaxın poçtdaşıma şirkətləri fəaliyyət göstərir.

“Əlbəttə ki, belə olan təqdirdə Assosiasiyanın yaradılmasına ehtiyac var ki, onların problemlərini biz Assosiasiya vasitəsilə mediaya və yaxud dövlət qurumlarına çatdıraq. Assosiasiyanın olması dövlət qurumları üçün də yaşdır ki, onlar artıq 150 şirkətlə deyil bir qurumla danışacaq və şirkətlərin üzləşdiyi problemləri bir qurundan eşidəcəklər”, – Şaiq Qəribzadə vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər