2025-ci ilin yanvar-mart aylarında ölkə ərazisində 3 826.2 ton həcmində polietilendən kisə və çantalar istehsal edilib.
Banker.az DSK-ya istinadən xəbər verir ki, illik müqayisədə istehsal 38.6% azdır.
01.04.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 289.1 ton təşkil edir.
Qayda 2023-cü il fevralın 15-dən etibarən qüvvəyə minib və mağazalarda polietilen torbalar pulludur. Marketlərdə polietilen torbalar ölçüsündən asılı olaraq 1, 3, 5, 10 qəpiyə satılır.