2025-ci ilin yanvar-noyabr aylarında ölkə ərazisində 14 215.4 ton həcmində polietilendən kisə və çantalar istehsal edilib.
Banker.az DSK-ya istinadən xəbər verir ki, illik müqayisədə istehsal 15.2% azdır.
01.12.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 320.1 ton təşkil edir.
Qeyd edək ki, ölkədə polietilen torbaların təbiətə ziyan vurmasına görə istifadəsini azaltmaq məqsədi ilə 2023-cü il fevralın 15-dən pulsuz verilən polietilen torbaların pulla satışına başlanılmışdı.







