17 C
Baku
Tuesday, April 30, 2024

Azərbaycanda polietilen torbalardan istifadə 40 %-dən 80 %-dək azalıb

Azərbaycanda polietilen torbalardan istifadə 40 faizdən 80 faizədək azalıb.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.

“Ölkəmizdə plastik tullantı və polietilen torbaların zərərlərinə qarşı tədbirlər planı çərçivəsində mərhələli işlər həyata keçirilib. Beynəlxalq təcrübə öyrənilib, qanunvericilikdə dəyişiklik edilib. 2021-ci il yanvarın 1-dən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların istifadəsi, istehsalı qadağan olunub. Buna görə cərimələr də nəzərdə tutulur. Eyni zamanda Nazirlər Kabinetinin Qərarına əsasən daşınma vasitəsi kimi marketlərdə kassalarda verilən qalınlığı 15-50 mikrona qədər olan torbaların ödənişli əsaslarla verilməsi qərara alınıb. Bu il fevralın 15-dən həmin qərarın icrasına başlanılıb. Polietilen torbalar ödənişli olduqdan sonra ondan daha az istifadə olunmasına başlanılıb. Müşahidələr göstərir ki, polietilen torbalardan istifadə 40 faizdən 80 faizə qədər azalıb”, – deyə nazirliyin şöbə müdiri bildirib.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər