15 C
Baku
Friday, April 26, 2024

Azərbaycanda polimer şirkəti ASC-dən MMC-yə çevrilir

“Sumqayıt Polimer” ASC səhmdarlarının ümumi yığıncağı 17 dekabr 2019-cu  il saat 15.00-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 17 nömrəli ünvanda keçiriləcək.

Banker.az xəbər verir ki, gündəlikdəki  məsələlərə “Sumqayıt Polimer” ASC-nin mühasibat balansının, mənfəət və zərər hesabatlarının təsdiqi, “Sumqayıt Polimer” ASC-nin MMC-yə çevrilməsi və  digər məsələlər daxildir.

Ümumi yığıncağın gündəliyinin materiallarını və  yığıncağın gündəliyinə salınan məsələlərlə bağlı təklifləri  əldə etmək üçün həftənin birinci və üçüncü günləri saat 10.00-dan 13.00-dək “Sumqayıt Polimer” ASC-nin Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 12  nömrəli ünvana müraciət etmək olar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər