17 C
Baku
Monday, May 5, 2025

Azərbaycanda POS-terminaldan istifadə ilə bağlı nəzarəti tədbirləri bərpa olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatı vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini bərpa edib.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili Baş idarəsinin apardığı müşahidələr əsasında paytaxtın Yasamal və Nəsimi rayonları ərazisində xidmət, iaşə, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə məxsus bir sıra obyektlərdə qanunvericliyin pozulması faktları aşkarlanıb. Belə ki, Nəsimi rayonu Cavadxan küçəsində Nəsirov Fariz Ağasəddin oğluna məxsus obyektdə, həmçinin Yasamal rayonu Hüseyn Cavid prospektində Qasımova Zeynəb Müseyib qızına məxsus obyektdə nağd pul hesablaşmaları qaydalarının pozulduğu və POS-terminaldan istifadədən imtina olunduğu, müştərilərə kartdan-karta köçürmələrin təklif edildiyi müəyyənləşdirilib. Faktlar rəsmiləşdirilib və vergi ödəyicilərinə nəzarət-kassa aparatı çeklərinin təqdim edilməsi zərurəti, nağdsız hesablaşmalardan imtina və ya kartdan karta köçürülmə hallarının yolverilməzliyi izah olunub.

“Nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyə görə, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.  Vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən qanun pozuntuları aktlaşdırılır və belə obyektlərə qarşı maliyyə sanksiyaları tətbiq olunur. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər”, – deyə Dövlət Vergi Xidməti bəyan edib.

Son xəbərlər
Digər xəbərlər