Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin avqust ayının sonu ilə müqayisədə bankomatların sayı 2.6%, POS-terminalların sayı 12.1% artıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2023-cü ilin avqust ayına ötən ay ilə müqayisədə Azərbaycanda POS-terminalların sayı isə 1 861 ədəd azalaraq 81 219 ədəd təşkil edib.
POS-terminalların 55 263 ədədi Bakı şəhərində, 25 956 ədədi regionlarda yerləşir.