Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki,
keçən ilin yanvar ayının sonu ilə müqayisədə bankomatların sayı 3.2%, POS-terminalların sayı 29.5% artıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2023-cü ilin fevral ayının 1-nə Azərbaycanda bankomatların sayı 3077 ədəd, POS-terminalların sayı isə 79880 ədəd təşkil edib.
Bankomatların 1618 ədədi Bakıda, 1459 ədədi regionlarda, POS-terminalların isə 53 799 ədədi Bakı şəhərində, 26081 ədədi regionlarda yerləşir.