Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 2.6%, POS-terminalların sayı 17.1% artıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2023-cü ilin iyul ayına ötən ay ilə müqayisədə Azərbaycanda POS-terminalların sayı 1 305 ədəd artaraq 83 080 ədəd təşkil edib.
POS-terminalların 56 635 ədədi ( 621 ədəd artım) Bakı şəhərində, 26 445 ədədi (684 ədəd artım) regionlarda yerləşir.