5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda Prezidentdən sonra ən yüksək maaşı bu şəxs alır

Dövlət büdcəsi hesabına ölkə Prezidentindən sonra ən yüksək əmək haqqını ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadəyə verilib. 

Azərbaycan Prezidentinin 25 sentyabr 2012-ci il tarixli sərəncamına uyğun olaraq ölkəmizin Yaponiyadakı səfiri ay ərzində 645000 yen (5860 dollar) maaş alır. Eyni zamanda bu vəsaitin üzərinə əməkhaqqının 25%-i məbləğində aylıq təmsilçilik xərci də əlavə edilir. Bu isə o deməkdir ki, Yaponiyadakı səfirimizin aylıq əmək haqqı 7 325 dollar və ya mövcud məzənnə ilə 12 450 manat səviyyəsindədir. Bu haqda “YeniAvaz” adlı mənbə yazır.

 


HAQQINDA

Gursel Qüdrət oğlu İsmayılzadə, 1971-ci il yanvarın 15-i Bakı şəhərində anadan olmuşdur.

1977-ci ildən 1987-ci ilədək Bakı şəhəri, Nizami rayonunun fars dili təmayüllü        62 No-li məktəbində oxumuş və həmin məktəbi gümüş medal ilə bitirmişdir.      1987-ci ildə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi ərəb mütərcimləri bölməsinə daxil olmuş və 1992-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

1992-ci ildən 1993-cü ilin iyun ayına qədər Azərbaycan Respublikası Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu Ərəb Ölkələrinin müasir tarixi və iqtisadiyyatı şöbəsində elmi işçi kimi çalışmışdır.

1993-cü ilin 16 iyul tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə III katib vəzifəsinə qəbul edilmişdir.

1996-cı ilin oktyabrından XİN-dən Yaponiya Təhsil Nazirliyinin dəvəti və təqaüdü ilə Yaponiyaya təhsil almağa ezam edilmiş, 1996-cı ilin oktyabrından 1997-ci ilin aprel ayınadək Tsukuba Universitetində (Tsukuba şəhəri) yapon dilini öyrəndikdən sonra, Tokionun Cyoçi Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinə tədqiqatçı kimi daxil olmuşdur. 1998-ci ilin aprel ayında Cyoçi Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinin magistraturasına daxil olmuş, 2000-ci ilin martında həmin fakültəni bitirərək Beynəlxalq Əlaqələr üzrə magistr dərəcəsi almışdır. 2000-ci ilin aprelindən Cyoçi Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinin doktorluq proqramına (Ph.D.) daxil olmuş, 2004-cü ildə Beynəlxalq Əlaqələr üzrə Fəlsəfə Doktoru namizədi dərəcəsi almışdır.

Yaponiyada təhsildən sonra 2005-ci ilin yanvarında AR-ın Xarici İşlər Nazirliyi İkinci (Şərq) Ərazi İdarəsinə birinci katib vəzifəsinə, 2005-ci ilin 5 sentyabrında  AR-ın Yaponiyadakı Səfirliyinə birinci katib vəzifəsinə təyin edilmiş, 2006-cı il 2 oktyabrda Səfirliyin müşaviri vəzifəsinə irəli sürülmüşdür.

2010-cu ilin 5 yanvarından etibarən AR-ın Xarici İşlər Nazirliyi İkinci (Şərq) Ərazi İdarəsinin müşaviri vəzifəsində, 2010-cu ilin mayından 2011-ci ilin avqustunadək Nazirin katibliyinin müdiri, nazirin köməkçisi vəzifəsində çalışmışdır. 

16 avqust 2011-ci ildə AR Prezidentinin sərəncamı ilə AR-ın Yaponiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilib.

Fövqəladə və Səlahiyyətli Səfir rütbəsinə malikdir.

Xarici İşlər Nazirliyinin 24 iyul 2009-cu il tarixli əmri ilə “Azərbaycan Respublikası Diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalı, 2011-ci ildə isə XİN-in Fəxri Fərmanı ilə təltif edilmişdir.

İngilis, yapon, rus, ərəb dillərini bilir.

Evlidir, bir övladı var.

 

Son xəbərlər
Digər xəbərlər