2025-ci ilin noyabrın 1-nə vaxtı keçmiş kreditlərin həcmi 544.8 milyon manat təşkil edib, bu isə aylıq müqayisədə 3.2% artımdır.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ötən ilin eyni dövründə isə problemli kreditlərin məbləği 479.8 milyon manat olub. Belə ki, illik müqayisədə 13.5% artım olub.
Oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1.7% təşkil edib. Bu göstərici sentyabrın sonu və ötən ilin oktyabr ayı ilə eynidir.






