Azərbaycanda problemli kreditlərin həcm bir qədər də azalıb.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, 2022-ci ilin iyununda ölkədə problemli kreditlərin həcmi aylıq müqayisədə 1.8% azalaraq 661.2 milyon manata düşüb.
Bununla da vaxtı keçmiş kreditlərin ümumi kreditlərdə payı 3.5%-ə düşüb. İlin əvvəlində bu 4.2% idi.
Problemli kreditlərin 475.9 milyon manatı milli, 185.3 milyon manatı isə xarici valyutada olan kreditlər təşkil edib.
Qeyd edək ki, 1 yanvar 2022-ci il tarixinə ölkədə kredit qoyuluşu 18 milyard 818.2 milyon manat olub.