13 C
Baku
Tuesday, October 1, 2024

Azərbaycanda problemli kreditlər üzrə mütəxəssislər yoxdur – ASK

Bakıda “Novruz mühazirələri çərçivəsində iqtisadiyyat, biznes və universitet arasında qarşılıqlı vəhdət: Qlobal çağırışlar və yeni imkanlar” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), eləcə də digər qurumlar arasındakı əlaqələrə toxunub.

O, əmək bazarına cavab verən kadr hazırlığını təmin etmək üçün sahibkarlarla birgə işləməyə hazır olduqlarını bildirib.

Daha sonra çıxış edən ASK-nın prezidenti Məmməd Musayev tələbələrin biznes mühitində formalaşmasına diqqət çəkib. O, Azərbaycanda problemli kreditlər üzrə mütəxəssislərin olmadığını vurğulayıb.

“Bu gün UNEC-in tələbələri fəallıqları ilə seçilirlər. Görüləsi işlər çoxdur və bir sıra istiqamətlərdə fəaliyyət göstərəcəyik”, – M.Musayev deyib.

Tədbir digər iştirakçıların nitqi ilə davam edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər