2025-ci il sentyabrın sonuna olan məlumata görə, bank sektorunun ümumi kredit portfeli 29 milyard 276,3 milyon manat, qeyri-bank kredit təşkilatlarının (QBKT) kredit portfeli isə 1 milyard 765,5 milyon manat olub.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesabat dövründə vaxtı keçmiş kreditlərin həcmi 528,1 milyon manat təşkil edib. Bu, ümumi kredit portfelinin təxminən 1,7%-nə bərabərdir.
İlin əvvəlində ümumi vaxtı keçmiş kreditlərin həcmi 449,1 mln. manat idi və onun ümumi kreditlərdəki payı 1,5% idi. Lakin apreldən bu tərəfə vaxtı keçmiş kreditlərin çəkisi 1.7%-ə yüksəlib.









