Azərbaycana bankların kredit portfelində vaxtı keşmiş kreditlərin payı 2011-ci ildən ən aşağı səviyyəyə düşüb.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
1 dekabr 2021-ci il tarixinə bankların kredit portfeli 16 milyard 415.9 manat olmuşdur.
Vaxtı keçmiş kreditlərin həcmi 815.9 milyon manat olmaqla, ümumidə xüsusi çəkisi 5% təşkil edib.
Qeyd edək ki, ilin əvvəli Azərbaycanda problemli kreditlərin payı 6.2%, bir ay öncə isə 5.5% idi.