2023-cü ilin yanvarın sonuna Azərbaycanda vaxtı keşmiş kreditlərin cəmi kreditlərdəki payı tarixi minimuma düşüb.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının statistik göstəricilərinə istinad edir.
1 fevral 2023-cü il tarixində Azərbaycanda cəmi kredit portfeli 20 mlrd. 259.21 mln. manat olmuş, bunun da yalnız 2.88%-i, yaxud 583.77 mln. manatı problemli kreditlər olub.
Vaxtı keçmiş kreditlərin həcmi 2020-ci ilin yanvarında 8.42%, 2021-ci ilin yanvarında 6.17% və 2022-ci ilin yanvarında isə 4.1% təşkil edirdi.