12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda problemli kreditlərin yarıdan çoxu xarici valyutadadır

Azərbaycanda problemli kreditlərin yarıdan çoxu xarici valyutada verilən kreditlərin payına düşür. Cari il mayın 1-nə əsasən, problemli kreditlərin 54,5%-i və ya 869,2 mln. manatı xarici valyutada verilən kreditlər üzrə yaranıb.

Bu barədə Azərbaycan Mərkəz Bankına (AMB) istinadən xəbər verir.

Hesabata əsasən, xarici valyutada problemli kreditlərin həcmində illik 32,7% artım qeydə alınıb. Problemli kreditlərin xarici valyutada kreditlərdə xüsusi çəkisi illik müqayisədə 4,4 faiz bəndi artaraq 11,7% və cəmi kredit portfelində xüsusi çəkisi 7,1 faiz bəndi artaraq 54,5%-ə çatıb.

Son xəbərlər
Digər xəbərlər