10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda problemli valyuta kreditlərinin xüsusi çəkisi azalıb

Azərbaycanda milli valyuta – manatda olan vaxtı keçmiş kreditlərin həcmi aylıq müqayisədə 2,8% artaraq 2017-ci il dekabrın 1-nə 971,4 mln. manata çatıb. İlin əvvəli ilə müqayisədə isə artım 42,4% təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq maliyyə hesabatında məlumat verilir.

Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi aylıq müqayisədə 2,7% azalaraq 2017-ci il dekabrın 1-nə 918,9 mln. manat olub. Bu, 2017-ci ilin əvvəli ilə müqayisədə isə 16,3% çoxdur.

Beləliklə, 2017-ci il dekabrın 1-nə ölkədə vaxtı keçmiş kreditlərin həcmi cəmi 1 890 mln. manat təşkil edib ki, bunun da 971,4 mln. manatı və ya 51,4%-i xarici valyuta, 918,9 mln. manatı və ya 48,6%-i xarici valyutada olan kreditlərin payına düşüb.

Hesabata əsasən, problemli kreditlərdə manatla kreditlərin xüsusi çəkisi noyabr ayı ərzində 0,38 faiz bəndi artıb, xarici valyutada kreditlərin payı isə əksinə 1,38 faiz bəndi azalıb.

Son xəbərlər
Digər xəbərlər