“Büdcə zərfi”nə daxil edilmiş cədvəllərə əsasən 2026-cı ilin dövlət büdcəsi layihəsində 45 publik hüquqi şəxs üzrə ayrıca sətirlə göstərilməklə 895,2 milyon manat xərc nəzərdə tutulur.
Bu barədə Hesablama Palatasının “2026-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, bu da cari ilin gözlənilən icra göstəricisindən 119,7 milyon manat və yaxud 11,8 % azdır. Növbəti ildə publik hüquqi şəxslərə dövlət büdcəsində ayrıca sətirlə ayrılması nəzərdə tutulan vəsaitin yarısından çoxunun əməyin ödənişi ilə bağlı xərclərə yönəldilməsi nəzərdə tutulur.
Yerdə qalan vəsaitin isə il ərzində malların (işlərin və xidmətin), qeyri-maliyyə aktivlərinin, səhm və digər kapitalın alınmasına və sair xərclər üzrə maliyyələşdirilməsi proqnozlaşdırılır.


                                    





