Azərbaycanda pul bazasının həcmi 330.6 milyon manat (₼) artmaqla 11 milyard 251.8 milyon manta çatıb.
Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankının 1 iyul 2020-ci il tarixinə açıqladığı rəqəmlərdə deyilir.
Bu da son bir ay ilə müqayisədə 3% artım deməkdir. Qeyd edək ki, bir ay öncə bu artım tempi 8.5% idi.