12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda pul bazası artaraq 20.73 mlrd. manatı keçib

Azərbaycanda pul bazası avqustun sonuna 20 milyard 731.5 milyon manata yüksəlib.

Banker.az xəbər verir ki, bu barədə, Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Pul bazası son bir ayda 182 milyon manat və ya 0.88%, son bir ildə isə  2 milyard 614.6 milyon manat və ya 14% artıb.

photo 2024 09 02 16 21 59

Pul bazası – pul kütləsini yaratmaq üçün Mərkəzi Bankın istifadə edilə bilən öhdəliklərinin məcmusudur. Bura dövriyyədə olan pul vəsaitləri, habelə Mərkəzi Bankın kredit təşkilatları qarşısında olan öhdəlikləri daxildir.

Pul bazasının genişlənməsi inflyasiyaya gətirib çıxarır, belə ki dövriyyədəki pulun kifayət etməməsi iqtisadi inkişafın yavaşlamasına səbəb ola bilər. Lazımi nisbətlərə əməl olunub-olunmaması pul siyasətini həyata keçirən mərkəzi banklar tərəfindən izlənilir. Məsələn, bir tərəfdən banklara əlavə kredit verir və ya əlavə pul emissiyasını həyata keçirir, digər tərəfdən isə açıq bazarda əməliyyatlar keçirmək yolu ilə vəsaitin bir hissəsini dövriyyədən çıxarır. Bir sözlə, bazara öz istiqrazlarını buraxır. Pul bazarının rəqəmsal göstəriciləri vaxtaşırı Mərkəzi Bankın rəsmi saytında dərc edilir.

Bu göstəricilər iqtisadi proseslərin bütün iştirakçılarına aiddir – şirkətlərdən tutmuş fərdi ev təsərrüfatlarına qədər. Belə ki, pul bazasının genişlənməsi əmtəə və xidmətlərin qiymətinin arta biləcəyindən xəbər verir. Və əksinə – pul bazasının azalması gələcəkdə bu və ya digər məhsula tələbatın və istehsal səviyyəsinin azalmasının, habelə işsizliyin artmasından.

Son xəbərlər
Digər xəbərlər