15 C
Baku
Friday, November 8, 2024

Azərbaycanda pul bazası azaldı

1 Mart tarixində Azərbaycanda pul bazası 9 736.1 mln manat təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici ötən ay ilə müqayisədə 1 024.2 mln manat yəni 9% azalıb.

Həmçinin sərbəst və məcburi bank ehtiyatlarında da dəyişikliklər müşahidə olunub. Belə ki, sərbəst bank ehtiyatları bir ay ərzində 2 dəfə azalaraq, 873.3 mln manat, məcburi ehtiyatlar isə 9% artaraq 155.1 mln manat təşkil edib.

O cümlədən dövriyyədə olan nağd pullar da azalıb. Belə ki, son bir ay ərzində dövriyyədə olan nağd pullar 1 444.2 mln manat yəni 14% azalaraq 8 701.1 mln manat, bank ehtiyatları isə 423.9 mln manat artaraq, 1 028.4 mln manat təşkil edib. Dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti isə 4.9% azalaraq 89.4%-ə bərabər olub. Qeyd edək ki, bu göstərici son 4 il ərzində bu qədər aşağı düşməmişdir.

Qeyd edək ki, Pul bazası dedikdə,pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Son xəbərlər
Digər xəbərlər