Azərbaycanda pul bazasının həcmi 18 milyard 402 milyon manata çatıb.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 31 oktyabr 2023-cü il tarixinə olan açıqlamasında bildirilir.
Bu da son bir ayda 506 milyon manat və ya 2.8% artımdır.
Qeyd edək ki ilin əvvəlinə bu rəqəm 17 milyard 460.3 milyon manat idi.