13 C
Baku
Tuesday, November 5, 2024

Azərbaycanda pul köçürmələrinin rəqəmsallaşdırılması ilə bağlı layihə hazırlanıb

Azərbaycanda pul köçürmələrinin rəqəmsallaşdırılması ilə bağlı layihə hazırlanıb.

Bu sənəd pul köçürmələri və digər aidiyyəti maliyyə məhsullarının rəqəmsallaşdırılması və onlara əlçatanlığın təkmilləşdirilməsi üzrə təklifləri, habelə rəqəmsal pul köçürmələri tətbiqi sistemi barədə konsepti ehtiva edir.

Bununla bağlı Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı, BMqT İnkişaf Fondunun maliyyə dəstəyi ilə “Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsinin İşçi Qrupunun növbəti görüşü keçirilib.

Görüşün açılış mərasimində BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov çıxış edib.

Bildirib ki, “Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsinin əsas məqsədi Azərbaycanlı miqrantların və Azərbaycanda yaşayan miqrantların, eləcə də pul köçürmələri zamanı Azərbaycanda və xaricdə vəsait alanların maliyyə inklüzivliyini və rəqəmsal maliyyə xidmətlərinə əlçatanlığını artırmaqla onların yaşayış səviyyəsinin davamlı inkişafına töhfə verməkdir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər