10 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda PwC rəhbəri: ”Bu il inflyasiya əhəmiyyətli dərəcədə aşağı olacaq”

“2021-ci ildə inflyasiyanın yüksək olma səbəblərinə baxmaq lazımdır, bu da dünya problemidir, dünya faktorları ilə əlaqədardır. Qida və yanacaq qiymətlərinin artmasının birbaşa təsiri var. İşçi gücünün azalması, 2 il pandemiyaya görə işçilərin distant işə başlamasına görə zavod və fabriklərin çoxu işə düşmədi. Gözlənilmədən dünya iqtisadiyyatının düzəlməsinin də təsiri var. Neft və qaz rezervlərinin az olması, OPEC təchizatı artırmaq istəmirdi. Bu 2021-ci ilin problemi idi.”

Bu barədə 2022-ci ildə bizi nə gözləyir, inflyasiya necə olacaq? sualına “PwC” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Mövlan Paşayev cavablandırıb.

Dünyada baş verən qiymət artımları Azərbaycana da təsir edir. 2022-ci ildə dünyada Mərkəzi Bankların çoxu faiz dərəcələrini qaldıracaq. Bu da əhaliyə fürsət verəcək ki, pullarını xərcləməməklə depozitə qoysunlar və gözləsinlər ki, orda pul yığılsın. Sözsüz ki, pul kütləsini iqtisadiyyatdan götürəcək və beləliklə, inflyasiya təzyiqi azalır. Buna görə də, Azərbaycanda və dünyada inflyasiya səviyyəsinin əhəmiyyətli dərəcədə azalması gözlənilir.

Son xəbərlər
Digər xəbərlər