12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda qəbul sayına və ödəniş haqqına görə MBA reytinqi

Azərbaycanda MBA proqramı üzrə qəbul imtahanları TQDK tərəfindən digər imtahanlarla birgə həyata keçirilir. MBA proqramının əsasən ödənişli formaları tətbiq olunur. 2012-2013 tədris ili üçün yalnız iki ixtisas üzrə ödənişsiz formada qəbul həyata keçirilib. Qafqaz Universiteti – “İnformasiya Texnologiyaları və sistemləri mühəndisliyi” və Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri) – “Menecment” ixtisasları üzrə ödənişli təhsil olduğu kimi həm də ödənişsiz formaları da var. MBA proqramı üzrə həm əyani, həm də qiyabi təhsil almaq mümkündür. Lakin bir sıra universitetlərdə cari tədris ili üçün yalnız əyani təhsil forması mövcuddur. Bunlara ADNA, “Azərbaycan”, Qərb, Qafqaz, “Odlar Yurdu” universitetləridir.

Ödənişlər üzrə universitetlərin reytinq cədvəlini təqdim edirik.

Universitetlər

Ixtisaslar

Ümumi təklif olunan yerlərin sayı

Ə/Q

Qərb Universiteti

Biznesin idarə edilməsi

16

2500

“Odlar Yurdu” Universiteti

Dünya iqtisadiyyatı

Maliyyə

Biznesin idarə edilməsi

51

0-2500*

Azərbaycan Dövlət İqtisad Universiteti

Biznesin idarə edilməsi

550

2000/1500

“Azərbaycan” Universiteti

Biznesin idarə edilməsi

Mühasibat uçotu və audit

60

2000

Qafqaz Universiteti

Biznesin idarə edilməsi

Informasiya texnologiyaları və sistemləri mühəndisliyi

55

1850

Azərbaycan Dövlət Neft Akademiyası

Biznesin idarə edilməsi

Informasiya texnologiyaları və sistemləri mühəndisliyi

100

1800

Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)

Menecment

13

1200/1000



* illik təhsil haqqının məbləği 2500 manatdan çox olmamaqla, kreditlərin sayına uyğun müqavilə əsasında təyin olunur.

Son xəbərlər
Digər xəbərlər