İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın yanvar sayında, qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-dekabr ayında həyata keçirilən ixracla bağlı qeyri-dövlət (özəl) ixracatçı subyektlərin reytinqi də yer alır.
Banker.az xəbər verir ki, qeyri-neft məhsullarının ilk 10 özəl ixracatçısı siyahısında fiziki şəxs Muradova Sahibə Səlimət qızı da yer alır.
Muradova Sahibə Səlimət qızı 31.4 milyon dollarlıq ixracı ilə 2023-cü ilin yanvar-dekabr aylarında qeyri-neft sektoru üzrə özəl ixracatçı subyektlərin reytinqində 9-cu yeri tutub.
2022-ci ilin eyni dövründə isə ixracı olmamışdır.