İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın yanvar sayında, qeyri-neft sektoru üzrə 2024-cü ilin yanvar-noyabr ayında həyata keçirilən ixracla bağlı qeyri-dövlət (özəl) ixracatçı subyektlərin reytinqi də yer alır.
Banker.az xəbər verir ki, qeyri-neft məhsullarının ilk 10 özəl ixracatçısı siyahısında fiziki şəxs Süleymanova Göhər Süleyman qızı yer alır.
Süleymanova Göhər Süleyman qızı 50.6 milyon dollarlıq ixracı ilə 2024-cü ilin yanvar-noyabr aylarında qeyri-neft sektoru üzrə özəl ixracatçı subyektlərin reytinqində 5-ci yeri tutub.
2023-cü ilin eyni dövründə isə ixracı olmamışdır.