6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda qadınların peşə seçimi ilə bağlı qoyulan qadağa ləğv edilir

“Hazırda Azərbaycanda 674 peşədə qadın əməyinin tətbiqi qadağandır. Qadın əməyinin qadağan olunduğu peşələrin sayının azaldılması bu qadağanın aradan qalması ilə nəticələnəcək.”

Bu fikirləri “Xəzər Xəbər”ə müsahibəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O, təklif olunan qanun layihəsinin qadınların əmək hüququnun daha da genişləndirilməsinə, qadınların daha çox əməkhaqqı ödənilən sahələrə çıxışına olan məhdudiyyətlərin azaldılmasına xidmət etdiyini bildirib..

Musa Quliyev qeyd edib ki, Əmək Məcəlləsinə təklif olunan bu dəyişikliklər 674 adda peşədə qadınların əməyinə qoyulan qadağanı ləğv edir. Hamilə və ya bir yaşınadək uşağı olan qadınlara 204 iş yeri və ya peşədə işləməyə məhdudiyyət qoyur.

Komitə sədri əlavə edib ki, kimya sənayesinin müxtəlif sahələri, yüksək radiasiyalı müəssislər, yüksək təhlükəlilik törədə biləcək sahələrdə də bundan sonra da qadınlar çalışmayacaq. Qanun qəbul olunandan sonra ağır işlərin siyahısı Nazirlər Kabineti tərəfindən yenidən tərtib olunacaq.

Son xəbərlər
Digər xəbərlər