9 C
Baku
Friday, November 1, 2024

Azərbaycanda “Qala Sığorta” AİF-in sığortaçısı seçilib

“Qala Sığorta” ASC “Azərbaycan İpoteka Fondu” QSC-nin sığortaçısı oldu. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.

«AİF yenidən təşkil prosesi çərçivəsində agent bankları və rəsmi sığortaçıları yenidən formalaşdırır. Bununla da “Qala Sığorta” fondun rəsmi sığortaçısı oldu. “PAŞA Sığorta”, “PAŞA Həyat Sığorta” və “Qala Həyat Sığorta” da AİF-in sığortaçılarıdır”, – deyə məlumatda qeyd olunur.

Fondun agent bankları bunlardır: “Xalq Sığorta”, “PAŞA Sığorta”, “AGBank”, “Bank Avrasiya”, “Kapital Bank”, “Bank BTB”, “NBC Bank”, “Azər-Türk Bank”.

Xəbər verildiyi kimi, 2015-ci il sentyabrın 30-da “AzReTəkrarsığorta” şirkəti “Chartis Azerbaijan” sığorta şirkətinin 100%-lik səhminin $6,5 mln.-a alınmasına dair sövdələşməni başa çatdırıb. Bununla əlaqədar “Chartis Azerbaijan” şirkətinin adı dəyişdirilərək “Qala Sığorta” adlandırılıb.

AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb.

 

Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.

İnterfaks.az

Son xəbərlər
Digər xəbərlər