Milli Məclisdə qapalı məkanlarda tibbi maskadan istifadənin ləğvi müzakirə olunur.
Bu barədə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
Deputat son zamanlar ölkədə epidemioloji vəziyyətin nəzarətdə olmasının qapalı məkanlarda maskadan istifadə ilə bağlı tələbin aradan qaldırılmasına zəmin yaratdığını qeyd edib.
“Proqnozlar və hesablamalar, eləcə də gələcək risklər də nəzərə alınaraq məsələ ilə bağlı müzakirələr aparılır. Yaxında müzakirələrin nəticəsi bəlli olacaq”, – deyə o əlavə edib.