28 C
Baku
Wednesday, August 27, 2025

Azərbaycanda qara kürü istehsalı kəskin artsa da, onun çox az hissəsini xaricə yönəldib

Azərbaycanda delikates qida sayılan qara nərə kürüsünün istehsal həcmində kəskin artım qeydə alınıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nərə balığı yetişdirən zavodlar ilin ilk 6 ayında 1 254 kiloqram qara kürü istehsal ediblər.

Bu, 2024-cü ilin eyni düvürndə qeydə alınan 258 tondan 5 dəfə çoxdur.

Lakin istehsal yüksəlsə də, ixracın həcmində azalma olub. İstehsal edilmiş qara kürünün 330 kq-si xaricə satılıb ki, bu da cəmi  $361 min dəyər deməkdir. 2024-cü ildə 430 kq nərə balığı kürüsündən ölkəyə $495 min gəlir əldə edilmişdi.

Cari ildə qara kürünün əsas alıcıları Birləşmiş Ərəb Əmirlikləri (140 kq) və Amerika Birləşmiş Ştatlarıdır (120 kq).

 

Son xəbərlər
Digər xəbərlər