12 C
Baku
Thursday, December 4, 2025

Azərbaycanda qaz nəql edən operatorlar ilk üç rübdə $2.1 mlrd.-a yaxın gəlir əldə ediblər

2025-ci ilin yanvar-sentyabr aylarında boru kəməri nəqliyyatı sahəsində yük daşınmasından əldə olunan gəlir 2,072 milyard manat təşkil edərək 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,6% artıb.

Banker.az xəbər verir ki, qaz nəqli 29,83 milyard kub-metr olub və illik müqayisədə 0,9% artım göstərib.

Cənubi Qafqaz Boru Kəməri üzrə nəql 17,14 milyard kub-metr olub, bu isə 2024-cü ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2% çoxdur.

Qaz kəmərlərindəki itkilər isə 34,6 milyon kub-metrə yüksələrək əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,9% artım göstərib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan bu ilin ilk üç rübündə xaricə 18.53 mlrd. kub-metr təbii qaz satıb və buna görə 6.7 mlrd. ABŞ dolları gəlir əldə edib.

Son xəbərlər
Digər xəbərlər