7 C
Baku
Tuesday, December 30, 2025

Azərbaycanda qaz və elektrik enerjisinə görə aylıq sabit tarif BİR MANAT olacaq

Azərbaycanda elektrik enerjisi və təbii qaz üzrə sabit tariflər müəyyənləşdirilib.

Bununla bağlı Tarif (qiymət) Şurası qərar qəbul edib.

Bildirilib ki, “Elektroenergetika haqqında” və 2026-cı il yanvarın 1-dən qüvvəyə minən yeni “Qaz təchizatı haqqında” qanunlara əsasən, istehlak səviyyəsindən asılı olmadan sabit xarakterli xərclərin istehlakçılar arasında balanslı şəkildə bölüşdürülməsi məqsədilə sabit tarif müəyyənləşdirilib. Qeyd edək ki, elektrik enerjisi və təbii qaz təchizatında abonentlərdən hər ay sabit ödənişlərin alınması bir çox ölkələrdə tətbiq olunur. Beynəlxalq təcrübədə sabit ödənişlərin tətbiqi istehlakçının istifadə etdiyi elektrik enerjisi və təbii qazın miqdarından asılı olmayaraq, infrastrukturun saxlanması, xidmətlərin göstərilməsi və digər əməliyyat xərclərinin qarşılanmasında mühüm əhəmiyyət kəsb edir.

Tarif (qiymət) Şurası tərəfindən elektrik enerjisi üzrə aylıq sabit tarif əhali və birfazalı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə bir manat, üçfazalı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə üç manat müəyyənləşdirilib.

Təbii qaz üzrə aylıq sabit tarif isə əhali və məişət qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə bir manat, sənaye qaz qurğusu ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə üç manat müəyyənləşdirilib.

Qərarlar 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

Son xəbərlər
Digər xəbərlər