7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda qeydiyyatdan keçən kommersiya qurumları 33%-dən çox artıb

Yanvar-sentyabr aylarında 11 515 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33.5% çoxdur.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeydiyyatdan keçmiş kommersiya qurumlarının 71.3%-i elektron qaydada, 28.7%-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb, onlardan 2.120-nin (ümumi qeydiyyatın 18.4%-inin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsində təmin edilib.

Dövlət Xidmətinin hesabatına əsasən, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94.6% təşkil edib.

Məlumata əsasən, 2022-ci il oktyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89.4%-i məhdud məsuliyyətli cəmiyyət, 1.4%-i səhmdar cəmiyyət, 1.2%-i kooperativ və s. formalarda yaradılıb.

Yanvar-sentyabr ayları ərzində qeydiyyatdan keçmiş kommersiya qurumlarından 76.1%-i yerli investisiyalı, 23.9%-i xarici investisiyalı qurumlardır.

Son xəbərlər
Digər xəbərlər