12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda qeydiyyatdan keçən kommersiya qurumlarının sayı 33%-dən çox artıb

2022-ci ildə 15.795 Azərbaycanda kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2021-ci il ilə müqayisədə 33,4 faiz çoxdur. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 72,8 faizi elektron qaydada, 27,2 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.

Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

2023-cü ilin yanvar ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,8 faizi MMC, 1,4 faizi səhmdar cəmiyyət, 1,2 faizi kooperativ və s. formalarda yaradılıb. Qeydiyyatda olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 30.620 olub ki, bu da ötən ilə nisbətən 14,4 faiz çoxdur. Kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 11,4 faiz artaraq 46.701 vahid təşkil edib.

2022-ci ildə qeydiyyatdan keçmiş kommersiya qurumlarından 77,6 faizi yerli, 22,4 faizi xarici investisiyalı qurumlardır. Əvvəlki illə müqayisədə yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının sayı 14,2 faiz artıb.

2022-ci ildə kommersiya qurumlarının 72,8 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 94,7 faiz olub.

Yeni qeydiyyat üsulu ilə (fin kod + mobil nömrə) 1.848 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb ki, bu da 2021-ci illə müqayisədə 32 vahid çoxdur. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 11,7 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,2 faiz təşkil edib.

Ümumiyyətlə, 2022-ci ildə icra olunmuş elektron qeydiyyat ərizələrinin 83,9 faizi Asan imza vasitəsilə imzalanmaqla təqdim olunub.

Son xəbərlər
Digər xəbərlər