Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə toplanan vergilərdə rekord göstəricisi- əlavə 211 mln. manat vergi toplanıb

Neft hasilatının nisbətən aşağı düşməsinə baxmayaraq, dünya enerji bazarlarında qiymətlərin sabitləşməsi şəraitində neft-qaz sektoru üzrə vergi daxilolmaları artıb.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qeyri-neft-qaz sektoru üzrə birinci rübdə toplanan vergilərin məbləği tarixdə ən yüksək birinci rüb göstəricisidir.

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 7.8 faiz və ya 109.2 milyon manat artaraq 1 milyard 510.8 milyon manat təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə proqnoz 116.2 faiz icra olunub, proqnozdan əlavə 211.1 milyon manat vergi toplanıb.

Neft-qaz sektorundan daxilolmalar 574.9 milyon manat təşkil edib, proqnozlara nisbətən 136.2 faiz icra olunub, büdcəyə nəzərdə tutulandan 152.7 milyon manat artıq vəsait daxil olub.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər