Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 13 milyard 130.8 milyon manat təşkil edib ki, bu da proqnozdan 6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 13.2 % çoxdur.
Banker.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 59,5 % təşkil edib.
Sektor üzrə daxilolmaların 56.5 %-i və yaxud 7 milyard 414.6 milyon manatı vergi daxilolmaları, 35.8 %-i və yaxud 4 milyard 706.6 milyon manatı gömrük rüsumları və idxala vergi daxilolmaları, 4.4 %-i və yaxud 582.2 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0.2 %-i və yaxud 24.4 milyon manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, 3.1 %-i və yaxud 403 milyon manatı isə sair gəlirlər olub.