15 C
Baku
Saturday, October 19, 2024

Azərbaycanda qida məhsulları istehsalçısı müflis durumda- Maya dəyərindən “ucuz satırmış”

Azərbaycanda süd istehsalçısı “Milk Pro” MMC-nin maliyyə vəziyyəti bir qədər də ağırlaşıb, müflis duruma düşüb.

Banker.az hesabatı analiz etdikdə məlum olur ki, şirkət məhsulları maya dəyərindən ucuz satırmış. 2019-cu ildə şirkətin gəlirləri 18 milyon 887.51 min manat təşkil edib. Bu öncəki ilin müvafiq dövri ilə müqayisədə 2.78 dəfə artım deməkdir.

Lakin, şirkətin gəlirlərinin kəskin artımla paralel, xərcləri də 2.75 dəfə artmaqla 19 milyon 97.85 min manat təşkil edib. Bu da şirkətin xalis zərərinin 210.34 min manat olması deməkdir.

Şirkət 151.85 min manat inzibati xərc edib ki, bu da 2019-cu il üzrə məcmu zərərin 362.19 min manat olmasına gətirib.

Şirkət 1996-cı ildə yaradılıb, “Sevimli Dad”, “4U” kimi brendlərlə bazara məhsul çıxarır.

“Milk Pro” bu zərərin ardından balansında olan 253.84 min manatlıq bölüşdürülməmiş mənfəəti 108.34 min manat zərərə çevirib. Şirkətin nizamnamə kapitalının formal olaraq 10 manat təsbit olunması nəzərə alınaraq balans kapitalında 98.34 min manatlıq çatışmamazlıq yaradıb. Lakin, Banker.az-ın rəsmi dövlət reyestrindən aldığı məlumata görə 2018-ci ilin aprel ayına qədər şirkətin nizamnamə kapitalı 10 min manat kimi göstərilir.

Xatırladaq ki, şirkət2018-ci il üzrə 232.22 min manat zərər etmişdi.milk pro

Son xəbərlər
Digər xəbərlər