Azərbaycanda qida şirkətinin kapitalı 81.5 mln. manatı keçib

“ATS Food” MMC-nin nizamnamə kapitalı 81,5 milyon manata çatıb.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 2026-cı ilin ilk ayında 17,95 milyon manat və ya 29 faiz artırılaraq 81,51 milyon manata yüksəldilib.

İlin əvvəlinə qədər şirkətin kapitalı 62,06 milyon manat olub.

“ATS Food” MMC 2022-ci ildə ölkənin qida istehsal edən şirkətlərindən biri olan “Delta Group Co.” MMC-nin ikiyə bölünməsindən sonra yaradılıb.

Keçən ilin noyabrında isə nizamnamə kapitalı 18 milyon manat olan “Platek Pact” MMC-nin ona qoşulması nəticəsində “ATS Food” MMC-nin yenidən təşkil olunduğu elan edilib.

Beləliklə, şirkətin nizamnamə kapitalı son üç ildə təxminən 4,1 dəfə artıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər