2022-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-noyabr aylarına nisbətən 13.8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19.5 faiz, qeyri-ərzaq məhsulları üzrə 8.3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10.4 faiz təşkil etmişdir. Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən bildirilir.
Cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1.0 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 15.1 faiz təşkil etmişdir.
2022-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1.2 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 20.1 faiz təşkil etmişdir.