2022-ci ilin yanvar-avqust aylarında orta illik inflyasiya (istehlak qiymətləri indeksi) 13.2% inflyasiya qeydə alınıb.
Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən bildirilir.
Qeyd edilir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 18.9 faiz, qeyri-ərzaq məhsulları üzrə 7.2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10 faiz təşkil etmişdir. Cari ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.9 faiz, əvvəlki ilin avqust ayına nisbətən 14.2 faiz təşkil edib.