Azərbaycanda qiymət artımları zəifləyir – İnflyasiya 11.2%-ə düşdü

Azərbaycanda 2023-cü ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-iyul aylarına nisbətən 12.2 faiz olub.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.

Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 14.3 faiz, qeyri-ərzaq məhsulları üzrə 11 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10.4 faiz təşkil edib.

2023-cü ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,3 faiz, əvvəlki ilin iyul ayına nisbətən 109,4 faiz təşkil etmişdir.

343

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər