-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda qiymətləndirməyə görə xidmət haqqı tutulacaq

Qiymətləndirməyə görə xidmət haqqı tutulacaq.

Bu, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsində (birinci oxunuş) əksini tapıb.

Layihəyə əsasən, qiymətləndirməyə görə xidmət haqqı qiymətləndirmə obyektinin yekun dəyərindən asılı olmamalıdır.

İcra sənədləri əsasında aparılan qiymətləndirməyə görə xidmət haqqının yuxarı həddi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir və sifarişçi tərəfindən qiymətləndiriciyə və ya qiymətləndirici təşkilata ödənilir.

Yuxarıda nəzərdə tutulan hal istisna olmaqla, qanunda başqa hal nəzərdə tutulmamışdırsa, qiymətləndirməyə görə xidmət haqqı, o cümlədən qiymətləndirmə fəaliyyətinə cəlb olunmuş mütəxəssislərin əməyi qarşılıqlı razılaşma əsasında müəyyən edilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər