2022-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-fevral aylarına nisbətən 12.2 faiz təşkil edib. Bu öncəki ayda 12.5% idi.
Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17.2 faiz, qeyri-ərzaq məhsulları üzrə 6.0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10.2 faiz təşkil etmişdir.
Cari ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1.1 faiz,
əvvəlki ilin fevral ayına nisbətən 11.9 faiz təşkil etmişdir.