12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda qiymətlər yenidən artmağa başlayıb – İllik inflyasiya 4.4 faizə qalxdı

2024-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin noyabr ayına nisbətən 4 faiz artıb.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Oktyabrda inflyasiya illik 3.4 faiz təşkil etmişdi.

Qida məhsulları, içkilər və tütün məmulatları üzrə 4,4 faiz, qeyri-qida məhsulları üzrə 2,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə  6,0 faiz artıb.

2024-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,0 faiz artıb.

Azərbaycan Mərkəzi Bankı bu göstəricini daim diqqətdə saxlayır. Son 4 ildə inflyasiyanı cilovlamaq məqsədilə faizləri xeyli sərtləşdirən banka, sonradan faiz endirimi etsə də, bu endirimlər minimal olub.

Son xəbərlər
Digər xəbərlər