Yaxın günlərdə “Bakı Fond Birjası” QSC (BFB) investorlara qiymətli kağızların məsafadən ticarəti üçün imkan yaradacaq.
Bunu BFB-nin məhsulun inkişafı üzrə rəhbəri Fərid Abbaszadə bildirib.
“Bu, səhm və istiqrazların ticarətini daha əlçatan edəcək”, – deyə o qeyd edib.
Bundan başqa, Birja rəsmisi deyib ki, “yaşıl istiqraz” seqmentinin yaradılması və bu seqment üzrə stimullaşdırma layihələrinin həyata keçirilməsi üçün iş aparılır: “Biz hazırda Azərbaycan Mərkəzi Bankının maliyyə taksanomiyasını təsdiq etməsini gözləyirik ki, layihələrimizi ictimaiyyətə açıqlayaq. Dayanıqlı maliyyə alətlərinin ticarəti üçün açığıq və buna dəstək verməyə hazırıq”.